Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın İsrailə hücumu nəyə hesablanmışdı?

İranın İsrailə hücumu nəyə hesablanmışdı?


"İranın ötən gecə İsrailə qarşı pilotsuz uçuş aparatları, dronlarla etdiyi hücum həm daxili auditoriya üçün hesablanmış bir addım idi, həm də Tehranın beynəlxalq imicinə vurulan zərbəni konpensasiya etmək üçün edilən gediş idi".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı dünən gecə İranın İsrailə təşkil etdiyi hücumu şərh edərkən səsləndirib. O bildirib ki, İsrail-HƏMAS qarşıdurması başlayandan İran Təl-Əvivə qarşı zərbə endirəcəyini deyirdi:

"Hətta İslam Respublikasında bəzi rəsmi şəxslər İranın İsrailə qarşı müharibəyə başlayacağını da iddia edirdilər. Aradan 6 aydan çox vaxt keçməsinə baxmayaraq İran tərəfdən bir hərəkətlilik yox idi. Təbii ki, bu da Tehranın beynəlxalq imicinə öz mənfi təsirini göstərirdi. Bu tendensiya həm də İranda daxili auditoriyada rejimə qarşı etirazları artırırdı. Bunun üzərinə İranın Suryadakı konsulluğunun da vurulması Tehran üçün arzuedilməz bir proses oldu. Ona görə də fars-molla rejimi həm daxili auditoriyanın sərt mövqeyi, həm də onsuz da aşağı səviyyədə olan beynəlxalq imicinin daha da zədələnməməsi üçün İsrailə qarşı belə bir hücum təşkil etdi".

İctimai Birlik sədri hesab edir ki, illərlə İsrailə qarşı edilən hədələrin fonunda İranın Təl-Əvivə qarşı həyata keçirdiyi hücum olduqca perspektivsiz idi.

Süleyman
Xəbəri paylaş