"Planlaşdırılan aksiyanın indiki məqamda heç bir mənası və məntiqi olmadığı qənaətindəyəm. Əvvəla Azərbaycanda bunun üçün sosial təlabat yoxdur. Təbii ki, narazı kütlənin olması yox deyildir, amma bunun kütləvi olması ehtimalı yoxdur. Aksiyada 3-5 yüz insanın iştirakı ola bilər ki, bu da çox az saydır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyası sədrinin müşaviri Azər Qasımov bəzi siyasi qüvvələrin aprelin 21-nə aksiya planlaşdırmasını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, indiki məqamda aksiyanın keçirilməsi siyasi oyunların nəticəsidir:
"Bu, heç bir halda hakimiyyətdən narazı insanların geniş aksiyası deyildir. Təşkilatçıların xarici dairələrə mesaj verməkdən tutmuş, ölkə daxilində müxalifət liderliyi uğrunda gedən mübarizəyə kimi müxtəlif səbəbləri vardır. Aksiyanın keçirilməsi qısa müddət öncə keçirilmiş prezident seçkiləri zamanı yox, hansıki onda daha məntiqli olardı, indi keçirilmək istənilməsi onu göstərir ki, bu, sifarişli aksiyadır. Hesab edirəm ki, bu aksiyaya icazə verilməyəcək.
Sadəcə narazı insanları da ayıq olmağa səsləyirəm. Onlar kimi insanların üzərindən siyasət yürüdən siyasilərin oyunlarına alət olmasınlar".
Süleyman