Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin beynəlxalq forumda diqqət çəkdiyi əsas məqamlar

Prezidentin beynəlxalq forumda diqqət çəkdiyi əsas məqamlar


Bu günlərdə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev diqqəti bir sıra vacib mıqamlara yonəltdi.

Newscenter.az-ın xəbərinə görə, forum barədə danışan politoloq Yusif Bağırzadə deyib ki, Prezident həmçinin diqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs etdi və ölkəmizin ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı:

"Azərbaycanın COP29-a ev sahibliyinin Ermənistan-Azərbaycan dialoquna və daha geniş əməkdaşlığa hansı töhfəni verə biləcəyinə gəldikdə isə dövlətimizin başçısı qeyd etdi ki, razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq".

Anar Əliyev
Xəbəri paylaş