Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Blinken: Qəzzada müharibə bitməlidir

Blinken: Qəzzada müharibə bitməlidir


ABŞ dövlət katibi Antoni Blinken Qəzzada müharibənin dayandırılmasının vacibliyini bildirib.

Newscenter.az Reuters-ə istinadən bildirir ki, Blinken Fələstin dövlətinin qurulması üçün yol xəritəsinin yaradılmasının lazım olduğunu bildirib.

Yaxın Şərqdə 1948-ci ildən bəri ən pis böhranı yaşadıqlarını qeyd edən Blinken, ABŞ-ın regional və beynəlxalq tərəfdaşları ilə birlikdə Qəzzada münaqişələrin sona çatması və daha geniş əraziyə yayılmasının qarşısının alınması üçün çalışdığını bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Yaxın Şərq probleminə dair toplantı keçirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş