Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yenidən revanşist fikirləri ilə gündəmə gəlib.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, Oskanyan ölkədə qısa müddətdə hakimiyyət dəyişikliyi etməyin zəruriliyini vurğulayıb.
"Ermənistana hakimiyyət dəyişikliyi lazımdır, bizə bacarıqlı, uzaqgörən, milli liderlər lazımdır", deyən sabiq XİN rəhbəri hesab edir ki, məhz hakimiyyət dəyişikliyindən sonra Ermənistan özünü dirçəldə və uğursuzluqlardan çıxa bilər:
Onun sözlərinə görə, hakimiyyət dəyişikliyi halında Ermənistanın təhlükəsizliyini təmin etmək üçün imkanlar yaranacaq:
“Cəmiyyətin qütbləşməsinə son qoymaq da vacibdir. Ermənistan polis dövlətinə çevrilmək ərəfəsindədir”.
Anar Əliyev