Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Almaniya səfəri bir sıra ciddi bəyanatlarla da yadda qaldı

Prezidentin Almaniya səfəri bir sıra ciddi bəyanatlarla da yadda qaldı


"Azərbaycan hər zaman Avropanın ən aparıcı ölkələrindən biri olan Almaniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olub, eynilə Almaniya da Cənubi qafqazın lider dövləti olan Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlarını hər zaman açıq olaraq ifadə edib.

Ümumiyyətlə isə Azərbaycanın dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınması, artan nüfuzu, regionda sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də qlobal problemlərin həlli istiqamətində yürütdüyü siyasət ölkəmizi istər Avropa, istər Asiya, istər Afrika və Amerika ölkələri üçün cəlbedici edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir və Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır:

"Almaniya kanslerinin ölkəsinin Azərbaycanla tərəfdaşlığı davam etdirəcəyini bildirməsi, Cənubi Qafqazda bu il sülhün bərqərar olacağına olan inamını ifadə etməsi, Azərbaycanın alternativ enerjisinin Avropa bazarlarına nəqli layihəsinə dəstək verəcəyini bəyan etməsinin özü də qərəzli dairələrə ünvanlanan mesaj olaraq qəbul edilə bilər.
Təbii ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynaması və vacib tərəfdaş qismində çıxış etməsi də bu münasibətlərin inkişafına öz töhfəsini verir. Neft-qaz ölkəsi olan Azərbaycanın Almaniya üçün vacib tərəfdaşdır və Prezidentin Almaniyaya səfəri zamanı Almaniya konsleri də bu əməkdaşlıq üçün və enerji təchizatı sabitliyində ölkəmizin göstərdiyiniz vacib töhfəyə görə bir daha öz minnətdarlığını ifadə etməklə əslində ölkəmizin bu sahədəki rolunu bir daha bəyan etmiş oldu".

Politoloq deyib ki, Almaniya Avropanın bir sıra ölkələrindən fərqli olaraq Cənubi Qafqazda gedən prosesləri yaxından izləməsi və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul etməsi ilə seçilir:

"Avropa institutlarının böyük ölçüdə həqiqtdən uzaq, anti –Azərbaycan mövqeləri sərgilədikləri bir vaxtda cənab İlham Əliyevin Almaniyaya dəvət olunması, və ən yüksək səviyyədə qarşılanması özü belə artıq bir göstərici və digər Avropa ölkələrinə verilmiş mesaj kimi qəbul olunmalıdır.

Prezidentin Almaniya səfəri bir sıra ciddi bəyanatlarla da yadda qaldı. Ölkə başçısı bir sıra məsələlərlə yanaşı, Ermənistanla normallaşma prosesindən, ölkəmizin sülh istiqamətidə atdığı addımlardan da danışdı. Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesinin nəticəsi olaraq, sərhədlərin delimitasiyası və demarkasiyasının başlandığını, anklav olmayan 4 Azərbaycan kəndinin qaytarıldığını, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırdığını bildirən Azərbaycan Prezidenti sülhə nail olmaq üçün çox yaxşı fürsətlərin yarandığını qeyd etdi. Prezident həmçinin normallaşma prosesində Almaniyanın dəstəyini də qeyd etdi. Almaniya kanslerinin fevral ayında Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüşü təşkil etməsi, daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində müzakirələri davam etdirməsi həqiqətən də təqdirəlayiqdir. Almaniya Fransadan fərqli olaraq prosesdə həqiqətən də neytral dövlət olaraq çıxış etdi və rəsmi Parisdən fərqini ortaya qoymuş oldu".

Yusif Bağırzadə deyib ki, dövlət başçısının Almaniya Konsleri ilə birgə mətbuat konfransında Şoltsun Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etməsi də bunun bariz göstəricisidir:

"Çünki rəsmi Paris bu razılşamayla bağlı hələ də səsini çıxarmır və susmağa üstünlük verir.

Sözsüz ki, Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində müzakirələrə dəvət olunması Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəkdən irəli gəlir".

Süleyman
Xəbəri paylaş