Rusiya-Ukrayna müharibəsini sülh və danııqlar yolu ilə dayandırmaq barədə beynəlxalq çağırışlar artır.
Newscenter.az Sky News-a istinadən bildirir ki. bu dəfə Çexiya prezidenti Petr Pavel belə bir təşəbbüslə çıxış edib. O bildirib ki, Ukraynadakı münaqişəni dayandırmaq və danışıqlar aparmaq lazımdır.
"Müharibəni dayandırmalı və sonra gələcək müqavilələri müzakirə etməyə başlamalıyıq. Ancaq Ukrayna, Rusiya və bu təşəbbüsə qoşulan ölkələrinin razılığı olmadan hər hansı bir nəticəyə nail olmaq mümkün deyil",-deyə Çexiya prezidenti bildirib.
Hələlik Çexiya prezidentinin danışıqlar təşəbbüsünə Moskva və Kiyevdən heç bir reaksiya gəlməyib.
Anar Əliyev