"Türkiyə Qazaxıstanın beş ən böyük ticarət tərəfdaşından biridir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edərkən səsləndirib.
Görüşdə Qazaxıstan və Türkiyənin genişləndirilmiş strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Qasım-Jomart Tokayev və Numan Kurtulmuş iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının gücləndirilməsi və Türk Dövlətləri Təşkilatına üzv olan qardaş ölkələrin qarşılıqlı həmrəyliyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Süleyman