Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Qız Qalası” hidroqovşağının açılışı dostluğun növbəti təzahürüdür”

Jalə Əhmədova: “Qız Qalası” hidroqovşağının açılışı dostluğun növbəti təzahürüdür”


"Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Bir neçə gün əvvəl mayın 19-da ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə keçirilən görüşü bir daha onu göstərir ki, bu sərhəd dostluq və qardaşlıq sərhədidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, həmin tarixdə “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir və bu layihələrin reallaşdırılması ölkələrimiz arasında dostluğun növbəti təzahürüdür:

"Bu gün iki ölkə arasında istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir. Çünki bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir.
Ölkələrimiz üzv olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında bəyan etdi ki, bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır:

"Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir.

Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikiləndən sonra isə o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Bu həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq".

Jalə Əhmədova qeyd edib ki, Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirilən genişmiqyaslı nəqliyyat layihələri, energetika sahəsində planlar, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, eləcə də Naxçıvan bölgəsinin Azərbaycanda “yaşıl enerji” zonaları elan edilməsi, ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması, Azərbaycanla Ermənistan arasında sülh sazişi, İranın bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində önəmli və dəyərli səyləri, Azərbaycan diplomatiyasının prioritetləri, regional məsələlərin region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmasının vacibliyi barədə dəyərli fikirlərini bölüşdü:

"Qeyd etmək lazımdır ki, bu, son illər ərzində İran-Azərbaycan ölkə rəhbərlərinin artıq beşinci görüşü idi. Bu görüşlərin çox böyük mahiyyəti və əhəmiyyəti olmaqla yanaşı, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır".

Süleyman
Xəbəri paylaş