Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan İran prezidenti ilə danışdı

Ərdoğan İran prezidenti ilə danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanla telefonla danışıb.

Newscenter.az Türkiyə Prezidentinin İnformasiya Müdirliyinə istinadən bildirir ki, telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyə ilə İran arasındakı əlaqələrin köklü tarixlərindən aldıqları güclə yeni dövrdə də hər sahədə inkişaf etməyə davam edəcəyinə inandığını bildirib.

Prezident Ərdoğan İran prezidenti seçilən Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Fuad Hüseynzadə
Xəbəri paylaş