"Sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə kifayət qədər maraq var. Bunu bu günə qədər namizədliyi irəli sürülmüş və təsdiqlənmiş namizədlərin sayından da görmək mümkündür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev seçkiqabağı vəziyyəti şərh edərkən səsləndirib. O bildirib ki, indiyə qədər namizədliyini irəli sürmüş heç bir şəxsin seçkinin ilkin mərhələsində hansısa problemlə üzləşməsi barədə fikir bildirməməsi onu deməyə əsas verir ki, növbədənkənar parlament seçkiləri azad ədalətli şəkildə keçiriləcək:
"Ümumiyyətlə, Azərbaycan neçə illərdir ki, demokratik seçki keçirmək ənənəsini ortaya qoyub və hər keçən seçkilərdən sonra proses bir qədər də təkmilləşir".
Elvin Babayev qeyd edib ki, namizəd kimi iştirak etdiyi 2020-ci ilin parlament seçkiləri də kifayət qədər demokratik və şəffaf şəkildə baş tutdu.
Anar Əliyev