Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Ərdoğan “Azərbaycanın sirləri” kitabının təqdimatını yazdı

Prezident Ərdoğan “Azərbaycanın sirləri” kitabının təqdimatını yazdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycanın sirləri” kitabının təqdimatını yazıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, əsərlərə müqəddimə yazan prezident Rəcəb Tayyib Ərdoğan vətəni Ergenekonda dəmir dağını əridən türkün əzminin 44 gündə Azərbaycanın Qarabağ zəfəri ilə yenidən üzə çıxdığını vurğulayıb.

2023-cü ilin sentyabrında öz vətənində antiterror əməliyyatı keçirərək ərazi bütövlüyünü uğurla bərpa edən Azərbaycanın haqlı qürurunu və sevincini bütün türk xalqının paylaşdığını deyən Ərdoğan,

"Bu zəfər Zəngəzur dəhlizinin verdiyi fasiləsiz coğrafi bütövlüyü ilə türk dövlətlərinin qardaşlığını daha da gücləndirmək imkanı yaradıb. Bu həm də regionda və bütün dünyada sülhün təmin olunması üçün bir şansdır. Çünki güclü türk birliyidir",-deyə vurğulayıb.


Prezident Ərdoğan, çoxəsrlik tarixi və mədəni birliyi ilə coğrafi baxımdan sürətlənəcəyinə inanılan Zəngəzur dəhlizinin ticarətdən iqtisadiyyata, sənayeyə, informasiya və kommunikasiya texnologiyalarından səhiyyə xidmətlərinə qədər bir çox əməkdaşlığın inkişafına yol açdığını qeyd edib.

Anar Əliyev
Xəbəri paylaş