"Ermənistan səhv yoldadır. Bu ölkə bilərəkdən özünü uçuruma aparır. Ermənistan hakimiyyəti bilməlidir ki, yenidən silahlanma və müharibəyə hazırlaşmaq bu ölkəni məhvə aparır".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Ermənistan Fransanın təhriki ilə silahlanmağa deyil, Azərbaycanla sülh müqaviləsi imzalamağa nail olmalıdır:
"Ən son Londonda Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi də onu deməyə əsas verir ki, İrəvan Parisin girovuna çevrilib və bu ölkə sülhə hazır deyil".
Analitik Qrup bəyan edir ki, Ermənistan sözdə sülhə meyiti olduğu görüntüsü yaratsa da, lakin reallıqda bunun əksini edir.
Anar Əliyev