24 saylı Nizami birinci seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd Könül Nurullayeva sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasını davam etdirir.
Newscenter.az xəbər verir ki, K.Nurullayeva O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evində şəhidlərin ailə üzvləri, qazilər və müharibə veteranları ilə görüş keçirib. Tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsi dərin ehtiramla yad edilib. Qeyd edilib ki, "öldü var, döndü yoxdur” söyləyərək haqq savaşına çıxan igid oğullarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Könül Nurullayeva, eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş şəhid pilot Ürfan Vəlizadənin yoldaşı Könül xanıma və ondan yadigar qalan övladlarına evlərində baş çəkib, onlarla söhbətləşib, problemləri ilə maraqlanıb.
Daha sonra Nizami rayonundan olan Vətən müharibəsi şəhidi Anar Qumaşovun ailə üzvlərini ziyarət edib, onlarla fikir mübadiləsi aparıb.
Məhəllə görüşləri çərçivəsində isə Tofiq Abbasov küçəsi 37, 39, 39A, Nəsimi 32 və 32A ünvanlarında yaşayan seçiciləri ilə görüşən K.Nurullayeva, seçki platformasını sakinlərin diqqətinə çatdırıb. Görüş zamanı vətəndaşların səsləndirdiyi təklifləri, onları narahat edən məsələləri dinləyib.
K.Nurullayeva həmçinin Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 58, mənzil 43 və Elşən Süleymanov küçəsi 133, mənzil 22 ünvanlarında yaşayan sakinləri — Aslanova Validənin və Alıyeva Şəbnəmin evinə də baş çəkib. Ev sahibləri və qonşularla söhbət edərək qaldırılan məsələlərlə yaxından tanış olub.
R.Mehdiyeva