"Ölkə başçısı cənab İlham Əliyevin unikal xarici siyasətinin nəticəsidir ki, istər Ukrayna-Rusiya müharibəsində, istərsə də İsrail-İran qarşıdurmasında Azərbaycan tərəflərin hər biri ilə yüksək səviyyəli əlaqələrini qoruyub saxlaya bilib".
Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin müavini Elçin Ağamalı deyib. O bildirib ki, qarşıdurmaların getdiyi hər iki coğrafiyada ikinci belə bir dövlət yoxdur:
"Uğurun kökündə isə Azərbaycanın dövlət maraqlarını hər hansı bir dövlətin və ya beynəlxalq təşkilatın maraqlarından üstün tutması durur. Ölkələrarası əlaqələr bərabərhüquqlu münasibətlər üzərində qurulduğu üçün hər cür təsirə qarşı dayanıqlıdır".
Anar Əliyev