Rusiya-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik xarakterini nəzərə alsaq Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərə uzun aradan sonra gəlməsi onu deməyə əsas verir ki, bu səfər xüsusi əhəmiyyət kəsb edir.
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Rusiya üçün xüsusilə çətin məqamda Azərbaycana səfərin baş tutması səfər zamanı vacib məsələlərin müzakirə ediləcəyi və qərarlar qəbul olunacağı fikrini hasil edir:
"Görünən odur ki, səfər zamanı əldə ediləcək qərarlar heç də Ukraynanın Kurska hücumundan Rusiyanın düşdüyü durumdan az əhəmiyyət kəsb etmir. Hesab edirəm ki, bu səfər Rusiya üçün həlledici əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Rusiyanın Avropa ilə bağladığı qaz kontraktlarının vaxtı ilin sonunda başa çatır. Ukrayna müharibəsi ilə
əlaqəli duruma baxmayaraq Avropanın bir sıra ölkələri Rusiyadan qaz almağa davam edirdi. Buna da əsas kimi qaz kontraktlarını gətirirdilər. Bundan sonra isə belə bəhanələr olmayacaq. Odur ki, hesab etmək olar ki, Putin dolayı olaraq həmin qazın Azərbaycan vasitəsilə Avropaya ötürülməsi yollarını Azərbaycanla birgə axtarır".
Süleyman