Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya prezidenti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

Rusiya prezidenti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Newscenter.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

XXX

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib.

Rusiya lideri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Vladimir Putin Şəhidlər xiyabanında əklil aparan hərbçiləri izləyib. Onlar “Əbədi məşəl” önünə əklil qoyan zaman dövlət başçısı matəm lentini düzəldib.

Sevinc Mehdiyeva
Xəbəri paylaş