"Rusiyanın Azərbaycanda konsulluq açmaq məsələsi də gündəmdədir. Qarabağ ərazisində açılması istənilən konsulluq Azərbaycan üçün maraq kəsb etmir".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, bunun üçün ehtiyac yoxdur:
"Rusiyanın israrla Qarabağ ərazisini bu məqsədlə istəməsi hesab edirəm ki, Azərbaycan hökumətinin bu məsələni siyasi yolla həll etməsi ilə nəticələnə bilər. Konsulluq Gəncədə açıla bilər".
Azər Qasımov qeyd edib ki, Putin dünyada çox az gedə biləcəyi bir ölkəyə səfər etməklə öz imicini də artırmaq istəyir:
"Azərbaycanın dünya miqyasında artan imicindən Putinin imicinə də təsir etməsi faktı da mümkündür".
Süleyman