Ermənistan əgər günün birində Azərbaycana yeni aldığı silahlarla hücum edəcəksə, bunun günahkarı Ermənistan və onu silahlandıran ölkələr yox, Azərbaycanın özü olacaq. Məğlub və işğalçı Ermənistana hər hansı səbəbdən silahlanmaya şərait yaratdığı üçün. Əslində, Ermənistanla sülh bağlamağın və bu sülhün daimi olacağına inanmaq ən azı sadəlövhlük, sonra isə erməni xislətinin mahiyyətini anlamamaqdır. Daim müharibə şəraiti olmasın deyə sülhdən danışmaq, erməniyə ayağa qalxmağa vaxt vermək strateji səhvdir.
Dünya praktikasında müharibələr sonunda imzalanan sülhlər ancaq məcburi və əzici xarakter daşıyıb. Məğlub tərəfin heç bir söz hüququ olmayıb. Ağır şərtlər altında işğalçılıq hərəkətinin cəzasını on illər ödəyib.
Azərbaycan hakimiyyəti isə humanist çıxıb. Ermənistanın günün birində Azərbaycana hücumu zamanı həlak olacaq əsgərin və ya itiriləcək ərazinin bədəli Azərbaycan hakimiyyətinin üzərinə düşəcək. Azərbaycan hakimiyyətinin Ermənistanla sülh danışıqları aparmasını qətiyyətlə pisləyirik. Ermənistanla sülh müqaviləsi yox, kapitulyasiya aktı imzalamaq lazımdır. Ermənistanla ancaq güc dilində danışmaq yolunu tutmağı, Ermənistan ərazisinə gətirilmiş bütün silahların yerləşdiyi ərazilərin məhv edilməsini tələb edirik.
Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri