Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Qazaxıstana gəlir

Putin Qazaxıstana gəlir


Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfəri edəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Rusiya və Qazaxıstan prezidentlərinin telefon danışığı zamanı razılıq əldə edilib.

Söhbət zamanı tərəflər Qazaxıstan-Rusiya əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Prezidentlər qeyd ediblər ki, ticarət, iqtisadiyyat və enerji sahələrində yüksək səviyyədə əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsi zəruridir. O, həmçinin Vladimir Putinin Astanaya planlaşdırılan dövlət səfərinə hazırlığın yüksək səviyyədə həyata keçirildiyini deyib.

Dövlət başçıları beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qasım-Jomart Tokayev Rusiya prezidentinə onu Kazanda keçiriləcək BRİKS sammitində iştiraka dəvət etdiyinə görə minnətdarlığını bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş