Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlığa namizəd: "Sağlam seçki mübarizəsi aparmağın tərəfdarıyam"

Deputatlığa namizəd: "Sağlam seçki mübarizəsi aparmağın tərəfdarıyam"


"Ölkədə seçkiqabağı vəziyyət kifayət qədər normaldır və hər bir namizəd üçün seçiciləri ilə görüşlər keçirmək məqsədilə istənilən şərait yaradılıb. Mən də namizəd kimi yaradılan şəraitdən istifadə edərək seçicilərlə görüşlərimi keçirib öz platformamı onlara çatdırıram".

Bu fikirləri Newscenter.az-a 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Susana Məmmədova seçkiqabağı vəziyyəti dəyərləndirərkən səsləndirib. O bildirib ki, bəzən seçicilərlə görüşlər zamanı müəyyən texniki problemlər meydana çıxsa da, lakin seçkiyə məsul qurumların məsələyə operativ reaksiyası nəticəsində həmin problemlər də aradan qaldırılıb:

"Kifayət qədər ciddi rəqiblərimiz var. Hər bir namizədə bu mübarizədə uğurlar arzulayıram. Hesab edirəm ki, bu bir siyasi mübarizədir və şəxsən mən sağlam seçki mübarizəsi aparmağın tərəfdarıyam. İndiyə qədər seçicilərlə keçirdiyim görüşlərdə heç bir namizəd barədə mənfi münasibət sərgiləməmişəm. Bundan sonra da mübarizəni eyni qaydada davam etdirəcəm. Kimin hansı namizəd barədə nə deməsindən asılı olmayaraq sonda qiyməti verən, etimadı göstərən seçicidir. Seçici özü namizədlər arasında layiqli seçim edərək istədiyi namizədə səs verməlidir".

Susana Məmmədova əmin olduğunu bildirib ki, seçkilər azad və ədalətli, demokratik şəraitdə baş tutacaq. Deputatlığa namizəd seçkilərdən qalib ayrılacağına ümid etdiyini bildirib.

Anar Əliyev
Xəbəri paylaş