Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan vaxt qazanmaqla məşğuldur

Ermənistan vaxt qazanmaqla məşğuldur


"Ermənistanın sülhdə maraqlı olmadığı gerçəyi son dövrlər daha da aydın görünür. Bunu təkcə Azərbaycanın Ermənistanın konstitusiya dəyişikliyini şərt gətirməsinə cavab olaraq 2026-cı ili müddət göstərməsi onu deməyə əsas verir ki, Ermənistan vaxt qazanmaqla məşğuldur. Ermənistan Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyir və silahlanma ilə məşğuldur".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, dünyada geosiyasi qarşıdurmanın daha da dərinləşdiyi bir durumda hadisələrin gedişi və nəticələrin proqnoz edilməsi çətinləşir:

"Azərbaycan bu məqsədlə Ermənistanla sülh bağlayaraq bu məsələni bağlamaq istəyir. Amma görünən odur ki, Azərbaycanın bu istəyi zəiflik, nədənsə çəkinmək kimi qiymətləndirilir. Azərbaycan regionu geosiyasi oyunlar meydanı olmaqdan çıxarıb, geosiyasi əlaqələrin inkişafı meydanına çevirmək istəyir. Onun bu istəyi isə görünən odur ki, düzgün anlaşılmır".

Süleyman
Xəbəri paylaş