Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva seçiciləri ilə görüşlərini davam etdirir

Könül Nurullayeva seçiciləri ilə görüşlərini davam etdirir


Könül Nurullayeva 1 sentyabr 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Parlament seçkiləri ilə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasını davam etdirir.

Newscenter.az xəbər verir ki, O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evində təşkil olunan budəfəki görüşdə gənclərin inkişafında və onların milli-mənəvi dəyərlərə bağlı yetişməsində müstəsna rol oynayan təhsil işçiləri iştirak edib.

Tədbir zamanı təhsilin gənclərin inkişafı, dövlətimizin gələcəyi üçün əhəmiyyətindən söhbət açılıb. Könül Nurullayeva çıxış edərək, təhsil sektorunun tərəqqisi və gənclərin yüksək keyfiyyətli təhsil almasının vacibliyini qeyd edib.

Könül Nurullayeva dövlət siyasətinə uyğun olaraq, şəhid ailələrini də daim diqqətdə saxlayır. Belə ki, K.Nurullayeva Aprel döyüşlərinin şəhidi Dadaşov Tural Sabir oğlunun ailə üzvlərini də ziyarət edib.

Görüşdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ölkəmizin azadlığı və parlaq gələcəyi naminə misilsiz xidmətlərindən söhbət açılıb. Vurğulanıb ki, cəsur şəhidlərimizin Vətən qarşısındakı xidmətləri heç zaman unudulmayacaq.

Könül Nurullayeva, həmçinin Qara Qarayev prospekti 56 və Kamil Balakişiyev 122 ünvanlarında yaşayan sakinlərlə bir araya gəlib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.

"Öhdəmə düşən vəzifəni vicdanla yerinə yetirərək, sizin problemlərinizin həlli istiqamətində layiqincə çalışmaq və rayonumuzun inkişafına töhfə vermək mənim üçün çox cavibdir. Bu kontekstdə sizin etimadınız və dəstəyinizi qazanmaq böyük əhəmiyyət kəsb edir”,- deyə K.Nurullayeva bildirib.






Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş