2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin partiyanın Balakən rayon təşkilatının qərargahında rayon səhiyyə təşkilatı,tibb içşiləri ilə görüş keçirdi.
Newscenter.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla anıldı.Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Prezident, YAP Sədri İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb.
Tədbirdə çıxış edən rayon səhiyyəsinin rəhbəri Dilbər xanım Quliyeva,YAP üzvləri Orucəli Namazaov,Cavid Orucov,Turanə Məmmədova,Gülnarə Musayeva YAP-ın sədri İlham Əliyevin idarəçiliyində Azərbaycan səhiyyəsinin inkişafından,Balakəndə səhiyyə sahəsində görülən işlərdən və mövcud bəzi probləmdərdən danışaraq seçkiyə hazır olduqlarını bildirdilər.Hamını Sentyabrın 1-də məntəqələrəsəs verməyə,öz layiqli namizədlərini dəstəkləməyə çağırdılar.
Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir. Qeyd olunub ki, Azərbaycan əzəli torpaqlarını düşmən işğalından azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub.Namizəd də öz növbəsində seçiciləri bu siyasi kampaniyada aktiv olmağa,istədikləri namizədə səs verməyə dəvət etdi.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara partiya biletlərinin təqdimatı oldu.
Süleyman