Artıq bir neçə həftədir ki, Ermənistanla sülh müqaviləsi imzalanması istiqamətində fəaliyyətlər arxa plana keçib. İrəvanın açıq-aşkar buna maraqlı görünməməsi fonunda belə bir situasiya müşahidə edilir.
Newscenter.az-ın xəbərinə görə, ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov mövcud durumu dəyərləndirərkən deyib ki, Ermənistanla sülh Azərbaycan üçün heç nəyi dəyişmir:
"Bu, daha çox Ermənistana lazım olan işdir. Əlaqələrin bərpa olunması və nəqliyyat yollarının açılması, dalandan çıxması baxımından.
Bu, Ermənistana verilən son şanslardan biridir. Azərbaycan hələ ki, öz tələblərini nisbətən yumşaldır, Zəngəzur dəhlizi məsələsini də sülhdən sonraya saxlayır ki, Ermənistanda bunu təzyiq altında etdiyini fikirləşməsinlər".
Azər Qasımov hesab edir ki, amma bu da bir yerə qədərdir:
"Azərbaycanın səbri böyükdür. Torpaqlarının 30 illik işğalı bunu göstərdi. Amma Ermənistan və havadarları bu şansı doğru istifadə etməlidirlər. Səbrin sonu gələndə Ermənistan adlı ölkə qalmayacaq".
Süleyman