Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib

Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib,

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Bildirilib ki, iclasda Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Sagımbayev, daxili işlər naziri Yerjan Sadenov və baş prokuror Berik Asılov mövcud beynəlxalq vəziyyət nəzərə alınmaqla ekstremizm və terrorizmə qarşı mübarizənin cari məsələləri barədə məlumat veriblər.

Görüş zamanı hüquq-mühafizə və xüsusi qurumların terrorizmə qarşı mübarizənin gücləndirilməsi üzrə fəaliyyətinin müxtəlif aspektləri nəzərdən keçirilib.

Dövlət başçısı ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin artırılmasına yönəlmiş bir sıra konkret tapşırıqlar verib.

Anar Əliyev
Xəbəri paylaş