"Ermənistan sülh müqaviləsini hər vəchlə imzalamaqdan yayınır. İrəvan özü üçün əlverişli məqamın yetişəcəyini gözləyir. Ermənistana Qərbin davamlı hərbi, maliyyə və siyasi dəstəyinin artması onu son dövrlər cürətləndirərək, normallaşdırma prosesindən yayındırmağa sövq edir".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib. Onun sözlərinə görə, sərhədlərimizdə Ermənistnın törətdiyi təxribatlar, ərazilərimizin atəşə tutulması onu göstərir ki, İrəvan sülhə hazır deyil:
"Həmçinin xarici qüvvələrin sifarişlərini və təlimatlarını həyata keçirir. Məlumdur ki, Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisi olan keçmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana ilhaqı həmin konstitusiyada öz əksini tapıb. Paşinyan Azərbaycan ərazisnin 86.6 kv. kilometr olduğuunu qəbul edib tanıması barədə Alama-Atı prinsiplərinə sadiqliyini bəyan etsə də bu dövlətin Konstitusiyasında tanınma təsbit edilməyib".
AMİP funksioneri qeyd edib ki, erməni cəmiyyətində Konstitusiya dəyişikliklərinə münasibət birmənalı deyil:
"Erməni cəmiyyəti yanlış olaraq elə düşünür ki, Konstitusiya dəyişikliyi Azərbaycanın qalib ölkə olaraq İrəvana diqtəsidir. Halbuki Azərbaycan Beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək Konstitusiya dəyişikliklərinin zəruriliyini bildrir. Davamlı sülhə və təhlükəsizliyiə nail olunmanın yolu dövlətlərin bir-birilərinin ərazi bütövlüyünün və suverenliyinin təkcə bəyanatlarda deyil, Konstitusiya və qanunlarda da tanınmasıdır".
Süleyman