Ermənistan ciddi cəhdlə sülh müqaviləsi imzalanmasını yubadır. Görünən odur ki, İrəvana sülhə getməmək üçün kənar təsirlər var.
Newscenter.az-ın xəbərinə görə, AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu da bu qənaətdədir. O hesab edir ki, həm erməni cəmiyyəti, həm də Ermənistanı dəstəkləyən xarici güclər Ermənistan-Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına o qədər də maraqlı görünmürlər:
"Odur ki, sülh prosesi də keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi suni sürətdə yubadılır. Azərbaycan beynəlxalq və regional prosesləri nəzərə alıb İrəvanı sülhə məcbur edə bilər və bunu etməlidir".
Süleyman