“Ermənistanın konstitusiya dəyişikliyini 2027-ci ildə həyata keçirəcəyi barədə açıqlaması bu ölkənin sülhdən yayınmasından başqa bir şey deyil. Görünən odur ki, İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Əks təqdirdə prosesi uzatmaqla məşğul olmazdı”.
Newscenter.az xəbər verir ki, bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib. O bildirib ki, İrəvan qarşıdakı 3 ilə yaxın müddətdə sürətlə silahlanıb Azərbaycanla yenidən müharibəyə başlamağı planlaşdırır:
“Daha doğrusu Ermənistanı silahlandıranlar onu buna sövq edirlər. Düşünürəm ki, Azərbaycan buna imkan verməməlidir”.
Arzuman Muradlı hesab edir ki, İrəvanın sülh müqaviləsinə qədər hansısa çərçivə sazişi barədə təklifi də Azərbaycanın maraqlarına uyğun deyil:
“İrəvanla hansısa çərçivə sazişinin imzalanması avtomatik olaraq 9 noyabr üçtərəfli bəyanatının qüvvədən düşməsi ola bilər. Bu isə Ermənistana gələcəkdə üzərinə düşən öhdəliklərə əməl etməmək şansı verəcək. Ona görə də Bakı bütün mümkün vasitələrdən istifadə edərək İrəvanı sülhə məcbur etməlidir”.
Süleyman