Azərbaycan ABŞ-nin Provo şəhərində keçiriləcək “Dini etiqad azadlığı sülh quruculuğunda vasitədir” mövzusunda 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda təmsil olunacaq.
Newscenter.az xəbər verir ki, Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi və Stirlinq Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək simpoziumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak edəcək.
Oktyabrın 3-dən 9-dək davam edəcək tədbir çərçivəsində R.Məmmədov 3-4 oktyabr tarixlərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunacaq tədbirə də qatılacaq.
Oktyabrın 9-da isə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondunun rəhbərliyi ilə görüş keçirəcək.
Mehman Mehdiyev