Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Cəbrayılda bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak edib

İlham Əliyev Cəbrayılda bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak edib


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

Newscenter.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində də iştirak ediblər.

XXX

Rayona səfəri çərçivəsində dövlət başçısı həmçinin, Cəbrayıl rayonunun Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub. Eyni zamanda “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.

Sevinc Mehdiyeva
Xəbəri paylaş