Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva görüşü baş tutmadı

Moskva görüşü baş tutmadı


Rusiyanın paytaxtı Moskvada keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüşü baş tutmayıb. Rusiya tərəfinin əvvəldən belə bir görüş keçirmək üçün təşəbbüsü var idi. Bu rəsmi Moskva üçün də danışıqlar prosesində irəli çıxmaq baxımından önəmli idi. MDB sammitində bunun üçün yaxşı fürsət də yaranmışdı. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov görüşün baş tutmamasına səbəbini " üçtərəfli görüşlə bağlı fikir bəziləri tərəfindən dəstəklənmir " sözləri ilə izah edib. Uşakov konkret kimin görüşdən imtina etdiyini açıqlamasa da ehtimal ki, ehtimal etmək olar ki, bu Ermənistan tərəfdir. Çünki Azərbaycan Rusiyanın vasitəçilik təşəbbüsünə müsbət baxır və Vladimir Putinin Bakıya səfəri zamanı də bu fikir ifadə edilib. Ancaq Ermənistan bundan imtina edirdi. Nikol Paşinyanın bu məsələdə Rusiyadan qaçmasının 2 əsas səbəbi var. Birincisi Zəngəzur dəhlizi ilə bağlıdır ki, bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyi üst - üstə düşür. Paşinyan qorxudan budur ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar masasında təklənəcək. İkinci səbəb isə Ermənistanın Rusiya ilə münasibətləri soyudaraq Qərbə doğru yaxınlaşmaq siyasətidir. Aydın məsələdir ki, İrəvanın Qərbdəki yaxın müttəfiqləri olan ABŞ və Fransa Rusiyanın bu məsələdə təşəbbüsü əlinə almasını istəmir. Hazırda onların təzyiqi ilə hərəkət edən Paşinyan da bu istəyə boyun əyərək görüşdən imtina etdiyi görünür. Paşinyanın Moskvada Qərbə yarınmaq üçün atdığı daha bir mühüm addım isə Rusiya hərbiçilərinin Ermənistanın Türkiyə və İranla sərhəddən çıxarılması və nəzarətin Ermənistan tərəfinə verməsi barədə razılıq əldə edilməsi oldu. Rusiyanın buna razılıq verməsi isə şübhəsiz ki, həmən bölgələrin onlar üçün çox da əhəmiyyət daşımaması ilə izah oluna bilər. Rusiyanın hazırda Türkiyə və İranla münasibətləri yaxşıdır. Belə olduğu Rusiyanın bu məsələdə israr edib onsuz da münasibətləri gərgin olan Ermənistanı özündən daha da uzaqlaşdırmasının heç bir mənası yoxdur. Ehtimal ki, Moskvada bağlı qapılar arxasında bununla bağlı şifahi razılaşma da əldə edilib ki, rusların çıxdığı bölgəyə Qərb dünyasından heç kim gəlməyəcəyi barədə Ermənistandan təminat alınıb. Rusiya üçün vacib olan yeganə amil Gümrüdəki hərbi bazanın mövcudluğunu qoruyub saxlamaqdır. Moskvada Əliyev və Paşinyanla ayrı - ayrılıqda görüşən Putin hər iki liderlə Zəngəzur dəhlizi məsələsini müzakirə edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Azərbaycan və Rusiya prezidentləri arasında Zəngəzurla bağlı müzakirə müsbət keçsə də Ermənistanın baş naziri dəhlizin açılmasına yenidən qarşı çıxıb. Bu da bir daha görüşdən imtina edən tərəfin Ermənistan olduğunu sübut edir. Görüşün baş tutmaması yenidən " vasitəçisiz danışıqlar " məsələsini aktuallaşdırıb. Azərbaycan və Ermənistan liderləri dəfələrlə həm Rusiya, həm də Qərb liderlərinin vasitəçi ilə görüşlər keçiriblər. Ancaq vasitəçili görüşlərin effektivliyi azdır. Mühüm məsələləri - qeyri - anklavlar kəndlər, delimitasiya prossesi ilə bağlı müsbət qərarların qəbul edilməsi də iki tərəf arasında birbaşa təmasın nəticəsində mümkün olmuşdu. Bu da bir daha onu göstərir ki, vasitəçi olmadan birbaşa təmas hazırda ən uğurlu variantdır.

Zeynal Əmrəliyev
Xəbəri paylaş