Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Mahir Süleymanlı seçiciləri ilə görüşüb

Deputat Mahir Süleymanlı seçiciləri ilə görüşüb


Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasında vətəndaşların qəbulunu keçirib.

Newscenter.az xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək dinləyib, onları narahat edən məsələlərlə bağlı qeydiyyatlar aparıb.

Görüşdə iştirak edən şəhid ailəsi, 1 -ci Qarabağ və 44 günlük Vətən müharibəsi veteranlarının müraciətlərinə xüsusi diqqət yetirilib.

Həlli mümkün olan bəzi məsələlər yerindəcə həll edilib, digərləri isə baxılması üçün nəzarətə götürülüb.

Süleyman
Xəbəri paylaş