Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Hicran Hüseynova seçiciləri ilə görüşüb

Deputat Hicran Hüseynova seçiciləri ilə görüşüb


Oktyabrın 14-də Yeddinci çağırış 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında ilk vətəndaş qəbulunda seçicilərlə görüş keçirib və onların müraciətlərini dinləyib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən deputat qeyd edib ki, vətəndaşları fərdi qaydada qəbul edərək, onların təklif və problemlərini dinləyib.

Görüşdə şəhid ailələri, müharibə əlilləri, veteranlar və hərbi qulluqçular iştirak ediblər. Hicran Hüseynova deyib ki, xüsusilə onların üzləşdiyi çətinliklərə diqqət yetirib və müraciətlərinin həll olunması üçün aidiyyəti qurumlara yönləndirib:

"Vətən müharibəsi qazilərinin müraciətləri xüsusi nəzarətə götürüldü və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğı üçün qazilər və şəhid ailələri minnətdarlıqlarını bildirdilər.

Vətəndaşlar əsasən ailə-məişət problemləri, işlə təminat, əmək təqaüdləri və sosial məsələlərlə bağlı müraciət etdilər. Müraciətlərdən bəziləri dərhal həll edildi, digər məsələlərin isə araşdırılması üçün aidiyyəti qurumlara sorğular göndərildi.

Seçicilərimizin rifahını daim diqqət mərkəzində saxlayaraq, onların problemlərinin həlli üçün hər zaman əlimdən gələni etməyə çalışaşağam".

Süleyman
Xəbəri paylaş