Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir şəklin tarixçəsi, yaxud 43 il əvvəl Heydər Əliyevi BDU-ya aparan başlıca səbəb nə idi?

Bir şəklin tarixçəsi, yaxud 43 il əvvəl Heydər Əliyevi BDU-ya aparan başlıca səbəb nə idi?


Əbədiyyətə qovuşmasından 21 il keçməsinə baxmayaraq Ümummilli Lider Heydər Əliyev bu gün də qədirbilən xalqımız tərəfindən böyük ehtiram və hörmətlə yad edilir, Onun əziz xatirəsi əziz tutulur. Bu da əbəs deyil. Çünki Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqdan böyüyə, yaşlıdan cavana, ali təhsillilərdən tutmuş müxtəlif peşə sahiblərinə qədər hər kəslə maraqlanır, cəmiyyətin hər bir üzvünün qayğıları, problemlərini öz şəxsi problem bilərək onların qısa müddətdə həllinə çalışırdı. Hər halda həm ata-babalarımızdan eşitdiklərimiz, həm də Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri görmək, o dövrün canlı şahidi olmaq xoşbəxtliyi bizə bu imkanı vermişdi ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərini əyani şəkildə görək.

Mənim kimi Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti gənclik dövrünün Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf etməsindən məmnundur, deyə bilərəm. Çünki Ümummilli Lider Azərbaycanın gələcəyini güclü, savadlı gənclərin yetişməsində görürdü. Ona görə də hər zaman gənclərin cəmiyyətin əsas aparıcı qüvvəsinə çevrilməsi üçün çalışırdı. Ulu Öndərin gənclərlə hər bir görüşü bir tarix, uzun illər yaddaşlardan silinməyən andır. 1981-ci ildə Heydər Əliyevin Bakı Dövlət Universitetini ziyarət etməsi kimi.

Ümumiyyətlə, Ulu Öndərin Bakı Dövlət Universitetindəki görüşləri, təhsil ocağı ilə bağlı imzaladığı mühüm sənədlərə hər dəfə nəzər yetirərkən yeni-yeni bilgilərlə qarşılaşır, BDU məzunu olmuş ayrı-ayrı şəxslərdən Ümummilli Liderlə bağlı yeni nələrsə öyrənirəm. Bunlardan ən önəmlisi 1969-cu il noyabrın 1-də Universitetin 50 illik yubileyinin dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması zamanı indiki Şəhriyar adına klubda baş tutan yubiley tədbirində Ulu Öndərin iştirakı və ana dilində nitq söyləməsi idi. Həmin dövr üçün dövlət rəhbərinin ana dilində nitq söyləməsi təkcə universitet həyatında yeni bir mərhələnin başlanğıcı deyildi, həm də sovet rejiminin repressiyaları və təqiblərindən əziyyət çəkən Universitet kollektivinin ürəyində ümid çırağı yandırılması idi. Bununla demək olar ki, universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcı qoyulub. Bu həm də bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş anı idi.

İkinci mühüm hadisə Ulu Öndərin 1970-ci ildən başlayaraq universitetə qəbul imtahanlarını şəxsən izləməsi idi. Həmkarım Mehriban xanım özünü o dövrün ən şanslı gənclərindən hesab edir. Çünki 1981-ci ildə universitetin tarix fakultəsinə qəbul imtahanı verərkən gözlənilmədən Ulu Öndər Heydər Əliyevlə imtahan zalında qarşılaşıblar:

“Bir tərəfdən imtahan həyəcanı, digər tərəfdən Heydər Əliyev kimi dövlət rəhbərinin imtahan zalında olması nə qədər çətin anlar yaşadırdı, onu ancaq həmin anı yaşayanlar bilər. Ancaq Heydər Əliyevin imtahan verən gənclərlə səmimi və mehriban dialoqu, bizimlə şəkil çəkdirməsi sanki bütün həyəcanı aradan qaldırdı və imtahanı uğurla verdim. Ulu Öndərin ayağı o qədər düşərli oldu ki, həmin gün imtahan verən gənclərin mütləq əksəriyyəti universitetə qəbul olundu. Aradan 43 il keçsə də, hələ də həmin tarixi hadisə gözlərimin qarşısındadır və yaddaşımda silinməyən bir iz buraxıb”.

Həmin dövrdə Heydər Əliyevin universitetə keçirilən qəbul imtahanında şəxsən iştirak etməsinin təməlində Ulu Öndərin rüşvətxorluğa qarşı apardığı mübarizə dayanırdı. Ulu Öndər dəqiq bilirdi ki, bəzi müəllimlər rüşvət yolu ilə universitetə tələbə qəbul edirlər və nəticədə bilikli, savadlı kadrlar kənarda qalır. Nəticə etibarilə cəmiyyətdə həkm inamsızlıq yaranır, həm də təhsilə maraq azalır. Ulu Öndər isə həm bu inamsızlığı aradan qaldırmaq, həm təhsilə marağı çoxaltmaq, həm də rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün birbaşa imtahanlarda iştirak edirdi. Bu eyni zamanda Ümummilli liderin gənclərə, onların bilikli və savadlı olması, bacarıqlı kadr kimi yetişməsinə hesablanmış uğurlu siyasət idi.

Susana Məmmədova, Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının baş kitabxanaçısı,

"Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri
Xəbəri paylaş