Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarix belə bir vəhşilik, belə bir vandalizm görməmişdi

Tarix belə bir vəhşilik, belə bir vandalizm görməmişdi


Xalqımız uzun illər ərzində ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq tarixi torpaqlarından qovulub, yurd-yuvalarından didərgin salınıb, məcburi köçkünə və qaçqına çevrilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin ən dəhşətlisi Xocalı soyqırımıdır.

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Tural Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi həkk olundu:

"O gecə Xocalı dəhşət yaşadı. Ermənistan silahlı birləşmələri və 366-cı motoatıcı alay tərəfindən məqsədyönlü şəkildə törədilən bu soyqırımı Xocalı şəhərinin azərbaycanlı əhalisinin məhv etmək niyyəti ilə həyata keçirilən kütləvi qırğınlardan biridir. Erməni cəlladları həmin gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq azərbaycanlılara qarşı soyqırımı törədərək əsl simalarını bütün bəşəriyyətə göstərdilər. Əvvəlcədən düşünülmüş bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi, dinc sakinlərə qarşı amansızcasına və qəddarcasına divan tutuldu. Yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilən Xocalı soyqırımı zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca yalnız etnik mənsubiyyətlərinə azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildi. Günahsız insanlara qarşı ağlasığmaz işgəncələr törədildi".

Anar Əliyev
Xəbəri paylaş