
Qazaxıstanda daha bir ekstremist qrup zərərsizləşdirilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Türküstan bölgəsində qeydə alınıb. Belə ki, vilayətdə ekstremist materialları yayan qrup saxlanılıb. Onlar bölgədə dini nifaq salmağa cəhd ediblər.
Məlumata görə, qrup sosial şəbəkələrdə başqa dinə mənsub vətəndaşların ləyaqətini və dini hisslərini təhqir edən, məhkəmənin qərarı ilə qadağan olunmuş audio və video materialları yaymaqla məşğul olub. Şübhəlilərin yaşayış və iş yerlərində aparılan axtarışlar zamanı 20-dən çox dini təyinatlı ədəbiyyat, narkotik vasitələr, döyüş sursatı, qanunsuz saxlanılan silahlar və digər maddi sübutlar götürülüb.
Mehman Mehdiyev