
"Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət əhalinin sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir. Sevindirici haldır ki, bu inkişaf təkcə paytaxtda deyil, eləcə də regionlarda özünü göstərir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Tahir Rzayev deyib. Millət vəkili deyib ki, uğurlu inkişafla yanaşı regionlarda müəyyən problemlər də var və həmin problemlər deputat seçildiyi Ağcabədi rayonunda da mövcuddur:
"Təəssüf ki, Ağcabədi rayonunda bəzi orta ümumtəhsil müəssisələri və bağçaların istiliklə təminatında problemlər var və həmin təhsil ocaqlarının qazla təminatına ehtiyac var. Hesab edirəm ki, bu istiqamətdə tədbirlərin görülməsi öz növbəsində təhsilin keyfiyyətinin artırılmasına öz müsbət təsirini göstərər".
Süleyman