
"Ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon. manat vəsait ayrılıb".
Newscenter.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. Hökumət rəhbəri deyib ki, bu da 8,2% artım deməkdir.
Əli Əsədov qeyd edib ki, hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.
Süleyman