Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Forumu: Qlobal problemlərin həlli üçün mühüm platformasıdır

Bakı Forumu: Qlobal problemlərin həlli üçün mühüm platformasıdır


"Müasir dövrdə dünyada mövcud olan mürəkkəb geosiyasi proseslər, qlobal problemlər və çağırışlar dövlətlər arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoqun təşviqi və ortaq həll yollarının tapılması məqsədilə təşkil olunan beynəlxalq tədbirlərin rolu əvəzolunmazdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Tural Məmmədov səsləndirib. Onun sözlərinə görə, bu kontekstdə Qlobal Bakı Forumu artıq dünya miqyasında nüfuz qazanmış mühüm platformaya çevrilib:

"Forum, müxtəlif dövlətlərin liderlərini, nüfuzlu siyasətçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış ictimai xadimləri və ekspertləri bir araya gətirərək, qlobal gündəmin aktual məsələlərinin müzakirəsinə şərait yaradır".

Tural Məmmədiv qeyd edib ki, Azərbaycan son illərdə müxtəlif beynəlxalq platformalara ev sahibliyi edərək qlobal siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib.

Anar Əliyev
Xəbəri paylaş