
Qlobal buğda istehsalında artım müşahidə edilir.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair icmalına istinadən bildirir ki, 2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalı 2023/2024-cü ilə nəzərən 5 milyon ton artıb. Nəticədə bu istehsalın 797 milyon ton olacağı proqnozlaşdırılır.
Məcmu təklifin həcminin isə göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.1% azalaraq 1066 milyon ton olacağı gözlənilir.
Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.1% azalacağı və 261 milyon tona enəcəyi proqnozlaşdırılır.
Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
Mehman Mehdiyev