Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlər son illər daha da möhkəmlənib

Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlər son illər daha da möhkəmlənib


Bu gün Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycanda səfərdə oldu. Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlər son illər daha da möhkəmlənib. Azərbaycan qonşu dövlətin enerji təhlükəsizliyinə töhvə verməklə yanaşı, hər iki dövlət birgə regional layihələrdə tərəfədaşlıq edirlər.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov Gürcüstan prezidentinin Azərbaycan səfərini şərh edərkən səsləndirib. O deyib ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi 804.1 milyon dollar olub:

"Bu əvvəlki ilə nisbətən cüzi dəyişsə də son illər dövriyyədə kəskin artım müşahidə olunub. Belə ki, 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 771.7 milyon, 2021-ci ildə 761.2 milyon, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Son 5 ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50.0 faiz artıb".

Millət vəkili qeyd edib ki, ölkələr yalnız enerji deyil, nəqliyyat-logistika daxil olmaqla fərqli sahələrdə əməkdaşlığı daha da gücləndiriblər:

"Qarşılıqlı iqtisadi və ticari əlaqələrdə potensial isə daha böyükdür. Gələcəkdə bu əlaqələrə yaşıl enerji əməkdaşlığı da əlavə olunacaq".

Süleyman
Xəbəri paylaş