Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ən çox mənzil alan xarici ölkə vətəndaşları arasında ruslar birincidir

Türkiyədə ən çox mənzil alan xarici ölkə vətəndaşları arasında ruslar birincidir


Türkiyədə ən çox mənzil alan xarici ölkə vətəndaşları arasında rusiyalılar birinci yerdə qərarlaşır.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, mart ayında Rusiya vətəndaşları Türkiyədə 275 ev alıb. Ondan sonrakı yeri 153 evlə İran vətəndaşları tutub. Üçüncü yerdə isə 124 evlə Ukrayna vətəndaşları qərarlaşıb.

Ümumilikdə, mart ayında Türkiyədə xaricilərə 1574 ev satılıb. İstanbul əcnəbilərə satışda 635 evlə birinci yeri tutub. İstanbulu 496 evlə Antalya və 141 evlə Mersin izləyib.

Yanvar-mart dövründə əcnəbilərə ev satışları ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalaraq 4578-ə düşüb.

Mehman Mehdiyev
Xəbəri paylaş