Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Yaxın Şərq siyasəti birmənalı deyil

ABŞ-ın Yaxın Şərq siyasəti birmənalı deyil


"İran rejiminin nüvə silahına sahib olması ehtimalının bilavasitə kimlərə yönəlik olması aydın olsa da, bunun perspektivdə tək ABŞ və İsrailə deyil, eyni zamanda, Türk və Ərəb dünyasına da qarşı olduğu daha aydındır.
İran nüvə enerjisinə əgər, həqiqətən də sivil ehtiyaclar üçün sahib olmaq istəyirsə, bunu sivil şəkildə etməkdən nədən çəkinir? Niyə bunu yerin altında, gizli edir ki, dünyanın sivil hissəsində şübhələr yaradır? Deməli, İranın niyyəti xoş deyil. Məqsədi nüvə silahına sahib olmaqdır".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki. molla rejimi yaradıldığı gündən indiyə kimi həmişə İsrailin məhv edilməsindən danışıb:

"Bu durumda İsrailin molla rejimini vurmaqdan başqa çarəsinin olmadığı da aydındır. Mollaları hakimiyyətə ABŞ demokratları gətirib. İran xüsusi məqsədlə yaradılıb. İndi vurulan "Fordo" yeraltı təsisini ABŞ Şah rejimi dövründə tikib. Hətta 1974-cü ildə İrana nüvə texnologiyasının da ABŞ tərəfindən Şah rejiminə verildiyi deyilir. İran-İraq müharibəsindəki İran-qeyt hadisəsi də bəllidir. Hətta İsrailin sərhəd sularında ABŞ gəmisini kəşfiyyat apardığı üçün vurduğu faktı da olub".

Azər Qasımov qeyd edib ki, ABŞ ordusu zabitinin İsrailə kəşfiyyat məlumatları verdiyi üçün hələ də həbsdə olduğu da bəllidir:

"İran və İsrail ABŞ-a Yaxın Şərqdə həmişə qarşılıqlı gərginlik üçün lazım olub. Görünən odur ki, ABŞ-ın Yaxın Şərq siyasəti birmənalı deyil. Əgər molla rejimi dəyişəcəksə belə, bu, Şah rejiminin dəyişməsi kimi olacaq. Yəni, ABŞ öz adamını orda oturtmağa çalışacaq. Amma İsrailin istəyi tam başqa olacaq. Biz, bu başqaya oynamalıyıq".

Süleyman
Xəbəri paylaş