Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Niderlanda gedir

Ərdoğan Niderlanda gedir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda səfərə gedəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə lideri özü Memur-Sen 30-cu il Vəfa Görüşməsi proqramında çıxışı zamanı məlumat verib. Bildirib ki, səfərdə məqsəd NATO dövlət başçılarının sammitində iştirak etməkdir.

Səfər çərçivəsində Türkiyə Prezidenti İran ətrafında baş verən proseslərlə bağlı bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, NATO dövlət başçılarının sammiti 24-26 iyun tarixlərində Haaqada baş tutacaq.

Anar Əliyev
Xəbəri paylaş