
İsraillə İran atəşkəs razılığı verdi. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın təklifi əsasında baş tutan atəşkəsə Tehranın hansı səbəbdən razılıq verdiyi sual doğurur. Çünki İsraillə bərabər, Birləşmiş Ştatlar da İran üçün arzuedilməz ölkədir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yusif Bağırzadə deyib ki, İran bu müddət ərzində meydanda tək qaldığını, müttəfiqlərin ancaq bəyanatlarla kifayətləndiyini də gördü:
"İranın "ön müdafiəsi" saydığı regional dəstəkçiləri və proksi qüvvələri isə son 20 aylıq müharibədə İsrailin hücumları ilə zəiflədilib və ya məhv edilib. Odur ki, İran danışılqar masasında oturmaq və müvafiq güzəştlərə getmək məcburiyyətindədir. Bunları nəzərə alaraq deyə bilərik ki, problemin danışılqar yolu ilə həll edilməsi imkanları var".
Süleyman