Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail baş nazirinin İrandakı rejim haqqında verdiyi bəyanatlar bəyanat olaraq qaldı

İsrail baş nazirinin İrandakı rejim haqqında verdiyi bəyanatlar bəyanat olaraq qaldı


"İsrail və İran arasında tam atəşkəs rejimi imzalandı və "müharibə" başa çatdı. "Müharibə" qısa sürsə də özü ilə çoxlu sayda müəmmalı məqamları diqqət mərkəzinə gətirdi və baş verənlər fonunda cavablanmayan çoxsaylı müxtəlif suallar geriyə qaldı".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, İranın dini rəhbərinin xarici işlər naziri vasitəsilə Rusiya prezidentinə ötürdüyü gizli və sirli məktubun ardınca, Trampın "müharibəyə" son verməsi, müəmmalı məqamlardan biri kimi cavablanmayan sual olaraq qalacaq:

"İsrail baş naziri Netanyahunun İran və bu ölkədəki rejim haqqında verdiyi bəyanatlar elə bəyanat olaraq qaldı və birdən-birə ABŞ-İsrail cütlüyünün geri çəkilmə qərarı alması və Trampın son bəyanatlarında özünü göstərən, nədənsə tərəddüd edici məqamların olduğu açıq şəkildə ifadə edildi. Putinə göndərilən məktubun üçüncü dünya müharibəsinə yol aça biləcək ehtimalı, ABŞ prezidenti Trampı geri addım atmağa məcbur edə bilməzmi? Əlbəttə ki, bütün ehtimallar məqbul hesab oluna bilər. Bu baxımdan istər ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi aviazərbələr, istərsə də İranın, ABŞ-ın Qədərdəki hərbi bazasına endirdiyi raket zərbələri danışılmış ssenari əsasında həyata keçirilmişdir ehtimallarını daha real göstərməkdədir".

Anar Əliyev
Xəbəri paylaş