Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail son 24 saat ərzində 79 fələstinlini öldürüb

İsrail son 24 saat ərzində 79 fələstinlini öldürüb


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 79 nəfər artaraq 56 min 77 nəfərə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində Qəzzada 289 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda 5759 fələstinlinin həyatını itirdiyi, 19807 nəfərin isə yaralandığı bildirilib.

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 56 min 77, yaralananların sayı 131 min 848 nəfərə çatıb.

Anar Əliyev
Xəbəri paylaş