Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan XI beynəlxalq “Aibın” hərbi-vətənpərvər gənclər toplantısında təmsil olunur

Azərbaycan XI beynəlxalq “Aibın” hərbi-vətənpərvər gənclər toplantısında təmsil olunur


Azərbaycanın gənc vətənpərvərləri Qazaxıstanda keçirilən “Aibın” hərbi-vətənpərvər gənclər toplantısında iştirak ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki, toplantı iştirakçıları ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də görüşüb.

Qeyd edək ki, bu il Qazaxıstan, Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Özbəkistanın hərbi-vətənpərvərlik hərəkatlarından 800-ə yaxın gənci birləşdirən tədbir Aktobe vilayətində təşkil olunur.

Anar Əliyev
Xəbəri paylaş