
2040-cı ilə qədər dünyanın urana tələbatı iki dəfə arta və ildə 130 min tona çata bilər.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Rosatom Dövlət Korporasiyasının “Texnabeksport” ASC-nin müşaviri Aleksandr Boyasov deyib.
O bildirib ki, dünya bazarında ucuz uran erası başa çatmaq üzrədir:
"Enerji tələbatı artır, mədənlər bağlanır, ikinci dərəcəli mənbələr isə azalır".
Boyasov deyib ki, 2025-ci ildən mövcud mədənlərdə hasilat azalmağa başlayıb. 2040-cı ilə qədər onların gücü iki dəfə azaldıla bilər.
Cavid İmaməliyev